Beton Cilalama

  • ŞİRKƏT

    Avrora MMC
  • TARİX

    2023
  • Görülən İş

    Beton Cilalama

Cilalanmış betonun təbii daş döşəmələrə xarici bənzərliyi var. Buna görə də, belə bir döşəmənin aşınma müqaviməti ənənəvi örtüklərdən daha yüksəkdir. Bu tip döşəmələr gün ərzində çox sayda insan və texnika keçən yerlərdə tətbiq edilir. Bu döşəmələr yüksək möhkəmliyə və davamlılığa malikdir. Parıldadılmış beton ən müasir peşəkar cilalama maşınlarının və xüsusi almaz alətlərinin sayəsində mümkün olan yeni üsuldur.  Cilalama ilə parıldadılmış beton döşəmə, müasir, etibarlı və ən inkişaf etmiş döşəmə sistemidir. Bu sistem ilə betonun səthinə hər hansı bir örtük tətbiq etmədən, litium hopdurmalar sayəsində yeni bir texnologiya istifadə olunur. Eyni zamanda səthin sərtliyi qranitə yaxınlaşır.  NANO-LİTİUM texnologiyası beton səthini çirklənmələrdən, duzlaşmalardan, solmalardan, həmçinin qələvi, yağ və turşuların dağıdıcı təsirindən qoruyur. Beton döşəmənin cilalama prosesində toz və qoxu olmadığından siz müəssisənin fəaliyyətini dayandırmadan cilalama işlərini sifariş edə bilərsiniz.Nəticədə gözəl görüntü və sürüşməz səth əldə olunur.

WhatsApp Icon
WhatsApp Icon