Haqqımızda
- Ana səhifə
- BİZ KİMİK
Şirkət haqqında
ENBC GROUP fəaliyyətinə 2015-ci ildən başlamışdır. Bu zaman ərzində bir çox sənaye və kommersiya tipli döşəmələrin hazırlanmasını icra etmişdir.
ENBC GROUP ticarət obyektləri, restoranlar, şəxsi evlərin
həyətyanı sahələrində beton, mərmər və terrazzo işlərinin
icrasini öz üzərinə götürmüş və uğurla tamamlamışdır.
Landşaftlarda bir sıra modulyar beton, wash beton, mozaika
beton və terrazzo işlərini uğurla həyata keçirmişdir.
ENBC GROUP bir çox tikinti obyektlərində yüksək peşəkarlıq
göstərərək dəmir-beton konstruksiyalarda almaz mişarlar
vasitəsi ilə kəsmə-dəlmə işlərini icra etmişdir. Yarandığı gündən yüksək keyfiyyəti, davamlı inkişafı və peşəkarlığı əlində rəhbər tutan şirkətimiz, fəaliyyət göstərdiyi illər ərzində respublikamızda çoxlu sayda layihələrdə iştirak etmişdir. Peşəkarlığımız həmişə öndə olmağımıza, sifarişçilərimizə mükəmməl xidmət göstərməyimizə və onların bütün istəklərini yerinə yetirməyimizə şərait yaratmışdır.Biz sifarişçilərimizə geniş imkanlar, əlverişli şərtlər yaradaraq işimizi bu istiqamətdə inkişaf etdiririk. Bütün bunlara nail olmaq üçün şirkətimiz daim tikintinin müasir metodlarına, beynəlxalq standartlarına yiyələnir və fəaliyyətində tətbiq edir. Məhz bunun nəticəsi olaraq ENBC GROUP layihələri bütün parametrlərinə görə öz orijinallığı ilə seçilir və müasir tələblərə cavab verir.
2015-ci ildən xidmətinizdəyik
Biz sifarişçilərimizə geniş imkanlar, əlverişli şərtlər yaradaraq işimizi bu istiqamətdə inkişaf etdiririk. Şirkətimiz daim tikintinin müasir metodlarına, beynəlxalq standartlarına yiyələnir və fəaliyyətində tətbiq edir.
Beton cilalama
Cilalama ilə parıldadılmış beton döşəmə, müasir, etibarlı
və ən inkişaf etmiş döşəmə sistemidir.
Bu sistem ilə betonun səthinə hər hansı bir örtük tətbiq etmədən,
litium hopdurmalar sayəsində yeni bir texnologiya istifadə olunur.
Mərmər cilama
Mərmərin cilalanması, mərmər döşəməyə güzgü parlaqlığı effekti verir. Bu üsul mərməri öz təbii rənginə qaytarır. Eyni zamanda mərmər cilalama ilə köhnəlmiş, zədələnmiş mərmər döşəmə səthlərə yenidən həyat vermək olur.
Epoksid döşəmə
Epoksid döşəmə sistemləri, günü-gündən daha da
məşhurluq qazanmaqdadır. Qeyri-adi görünüşü sənaye tipli
obyektlərdə olmaqla bərabər, evlərin, mağazaların dizayn
interyerinə də uyğun gəlməkdədir.
Mozaik və Terrazzo
Dekorativ mozaik döşəmələr universal və rəngarəng seçimli
tətbiq üsuludur. Dekorativ Terrazzo döşəmələr hər bir stilə çox
asanlıqla uyğun gələ bilir. Bu döşəmələr fərqli rəng çalarlarını
özündə əks etdirir. Terrazzo döşəmələr çox unikal və individualdır
Beton deşmə və kəsmə
Beton deşmə və kəsmə işləri xüsusi növ avadanlıqlardan istifadə edərək dəmir-beton konstruksiyalarında və ya adi betonda silindrik deşiklər və kompleks kanallar yaratmaq üçün hazırlanmış bir texnoloji əməliyyatdır. Bu metod, müxtəlif məqsədlər üçün dəmir-beton konstruksiyalarda kanalların açılmasına imkan verir
Qranit Üzərində Sürüşməz Dizayn
ENBC GROUP komandası, müştərilərimizin rahatlığını və təhlükəsizliyini düşünərək parlaq qranit üzərində xüsusi üsulla naxışların salınması xidmətini təklif edir. Bu cür tədbiq qaydası ilə qranitin üst səthində 2-3 mm dərinlikdə yandırılma işləri aparılır. Bu yandırma üsulu ilə, parlaq qranitə istənilən dizayn vermək olur.
İzolyasiya Sistemləri
Ümumi tikinti işləri üçün 3 növ izolyasiya lazım olur. İstilik izolyasiyası, su keçirməməzlik yaradan hidroizolyasiya və səs keçirməyən izolyasiya növləridir. İstilik izolyasiyası binanın enerjiyə qənaət edən xüsusiyyətlərini qoruyacaq və artıq enerji itkisindən azad edəcək; Hidroiolyasiya sərthi, nəmin nüfuzundan qoruyacaq; Səs izolyasiyası düzgün qurularsa bina və ya obyekti artıq səs-küydən azad edəcək.
Beton İşləri
Beton yüksək möhkəmliyə və uzunömürlülüyə malik ən geniş yayılmış tikinti materiallarından biridir. Beton qarışığının əsas komponentləri sement, qum, çınqıl və sudur. Betonun keyfiyyəti, birbaşa bu komponentlərin düzgün nisbətindən və hərtərəfli qarışdırılmasından asılıdır. Mümkün qüsurların qarşısını almaq üçün bütün texnologiyalara ciddi riayət etmək lazımdır.