XİDMƏTLƏRİMİZ

Beton Cilalama

Cilalanmış betonun təbii daş döşəmələrə xarici bənzərliyi var. Buna görə də, belə bir döşəmənin aşınma müqaviməti ənənəvi örtüklərdən daha yüksəkdir. Bu tip döşəmələr gün ərzində çox sayda insan və texnika keçən yerlərdə tətbiq edilir. Bu döşəmələr yüksək möhkəmliyə və davamlılığa malikdir. Parıldadılmış beton ən müasir peşəkar cilalama maşınlarının və xüsusi almaz alətlərinin sayəsində mümkün olan yeni üsuldur.  Cilalama ilə parıldadılmış beton döşəmə, müasir, etibarlı və ən inkişaf etmiş döşəmə sistemidir. Bu sistem ilə betonun səthinə hər hansı bir örtük tətbiq etmədən, litium hopdurmalar sayəsində yeni bir texnologiya istifadə olunur. Eyni zamanda səthin sərtliyi qranitə yaxınlaşır.  NANO-LİTİUM texnologiyası beton səthini çirklənmələrdən, duzlaşmalardan, solmalardan, həmçinin qələvi, yağ və turşuların dağıdıcı təsirindən qoruyur. Beton döşəmənin cilalama prosesində toz və qoxu olmadığından siz müəssisənin fəaliyyətini dayandırmadan cilalama işlərini sifariş edə bilərsiniz.Nəticədə gözəl görüntü və sürüşməz səth əldə olunur.

 

Əsasən tətbiq olunan sahələr:
· Ticarət-əyləncə mərkəzləri
· Sənaye müəssisələri
· Örtülü avtodayanacaqlar
· Avtomobil texniki xidmət stansiyaları
· Səhiyyə müəssisələri
· Məktəb, kafeteriya, restoranlar və s.
· Ofis binaları, ambar yerləri və s.
· Parklar, təyyarə anqarları və s.
· Həyətyanı sahələr və s.

Üstünlükləri:
· Gigiyenikdir, tozlanmır, asan təmizlənir
· Yanğına davamlılıq
· Yüksək davamlılıq
· Uzun ömürlülük
· Kimyəvi vasitələrə qarşı yüksək müqavimət
· PH-ın yüksək səviyyəsinin sayəsində kir,
· kif və bakteriyaların yoxluğu
· Xüsusi hopdurmaların çəkilməsi nəticəsində
· səthin sürüşkənliyinin olmaması

 

 

 

WhatsApp Icon
WhatsApp Icon