XİDMƏTLƏRİMİZ

Beton İşləri

Beton yüksək möhkəmliyə və uzunömürlülüyə malik ən geniş yayılmış tikinti materiallarından biridir. Beton qarışığının əsas komponentləri sement, qum, çınqıl və sudur. Betonun keyfiyyəti, birbaşa bu komponentlərin düzgün nisbətindən və hərtərəfli qarışdırılmasından asılıdır.  Mümkün qüsurların qarşısını almaq üçün bütün texnologiyalara ciddi riayət etmək lazımdır. Lakin düzgün istehsal edilmiş beton, hətta bütün tövsiyələr yerinə yetirilsə belə hələ keyfiyyətli və möhkəm məhsul əldə etməyə zəmanət vermir. Çözümün texnoloji prosesini və nisbətlərini bilmək kifayət deyil. Çünki betonun tökülmə qaydasına da düzgün əməl edilməlidir.

 

Əgər hər hansı bir döşəməyə beton verilirsə, orada planlamaya, bərkitmə işlərinə, hazırlıq qatının verilməsinə, təyinata görə  armaturların seçiminə, düzgün mayakların qurulmasına, beton  töküldükdən sonra üzərinin helikopter (hamarlama avadanlığı)  ilə hamarlanmasına, beton tökmə işi başa çatdıqdan 2 gün sonra  temperatur şovlarının kəsilməsinə fikir verilməlidir.  Belə olan halda, sonradan betonu parlatmaq və ya üzərinə  epoksid boya və ya digər örtük vurmaq qat-qat asanlaşır.

WhatsApp Icon
WhatsApp Icon