XİDMƏTLƏRİMİZ
- Ana səhifə
- XİDMƏTLƏRİMİZ
Beton Deşmə və Kəsmə
Beton deşmə və kəsmə işləri xüsusi növ avadanlıqlardan istifadə edərək dəmir-beton konstruksiyalarında və ya adi betonda silindrik deşiklər və kompleks kanallar yaratmaq üçün hazırlanmış bir texnoloji əməliyyatdır. Bu metod, müxtəlif məqsədlər üçün dəmir-beton konstruksiyalarda kanalların açılmasına imkan verir:
- elektrik kabellərinin çəkilməsi
- qaz borularının çəkilməsi
- su təchizatı sistemlərinin quraşdırılması
- istilik sistemlərinin quraşdırılması
- havalandırma kanallarının çəkilməsi
- yanğından mühafizə sistemlərinin quraşdırılması
- pərdə divarlarda qapı-pəncərə yerlərinin açılması
- lift şaxtalarının kəsilməsi
- drenaj quyularının kəsilməsi
Beton deşmə və kəsmə işləri, xüsusi almaz ucluqlu mişarlar ilə həyata keçirildiyi üçün səthdə heç bir titrəyiş və dağıntı olmur. Proses zamanı tozun olmaması və səsin az olması təmin olunur. Beton kəsim işləri aşağıdakı makina və avadanlıqlar vasitəsilə həyata keçirilir: Almaz divar deşmə makinaları, əl makinaları, divar kəsim makinaları, dərz kəsimi makinaları, kanat ilə kəsmə makinası, almaz kəsim avadanlıqları.