İzolyasiya
-
ŞİRKƏT
Ələt Azad İqtisadi zona
-
TARİX
2023 -
Görülən İş
Beton Cilalama
Ümumi tikinti işləri üçün 3 növ izolyasiya lazım olur. İstilik izolyasiyası, su keçirməməzlik yaradan hidroizolyasiya və səs keçirməyən izolyasiya növləridir. İstilik izolyasiyası binanın enerjiyə qənaət edən xüsusiyyətlərini qoruyacaq və artıq enerji itkisindən azad edəcək; Hidroiolyasiya sərthi, nəmin nüfuzundan qoruyacaq; Səs izolyasiyası düzgün qurularsa bina və ya obyekti artıq səs-küydən azad edəcək.
ENBC GROUP şirkəti olaraq, sizə bu gün dünyada ən efektiv sayılan püskürtmə və sürmə izolyasiya sisteminlərini təqdim edirik və bizim şirkətlə əməkdaşlığa dəvət edirik. Tətbiq sahələrindən asılı olaraq izolyasiyanın tərkibini təşkil edən materialların bir cox müxtəlif növləri mövcuddur. İzolyasiya sisteminin tətbiqi hazırda şirkətimiz tərəfindən təşkil olunmuş, bir neçə xüsusi mexanikləşdirilmiş mobil qruplar tərəfindən həyata keçirilir. İzolyasiya materialının tərkib hissələri xüsusi avadanlıqda qızdırılaraq, qarışdırılır və güclü təziq ilə xüsusi, müasir qurğular və avadanlıqlar vasitəsilə nəzərdə tutulan səthə vurularaq vahid bir örtük, təbəqə yaradır